Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-22,
Seanews
Heyder Eliyev

"NYK" və "Ocean Yield" dörd LNG daşıyıcısının tikintisi üçün əməkdaşlığa başlayıb

Yaponiyanın iri gəmiçilik şirkəti "Nippon Yusen Kaisha" (NYK) mayeləşdirilmiş təbii qaz (LNG) daşıyıcıları üzrə donanmasını genişləndirməyə davam edir. Şirkət Cənubi Koreyanın "HD Hyundai Heavy Industries" tərsanəsində dörd ədəd yeni LNG tankeri sifariş edib.

"Seanews.az" xəbər verir ki, hər bir gəminin tutumu 200 min kubmetr olacaq. Müqavilədə daha dörd gəmi üçün opsiya da nəzərdə tutulub. Yeni gəmilərin 2028–2029-cu illərdə təhvil verilməsi planlaşdırılır.

Layihə çərçivəsində "NYK" Norveçin gəmi lizinqi üzrə ixtisaslaşmış "Ocean Yield" şirkəti ilə birgə investisiya həyata keçirir.

"Ocean Yield" bildirib ki, dörd gəmidə təxminən 50% paya sahib olacaq.Qeyri-rəsmi məlumatlara görə, gəmilər ABŞ-nin LNG sahəsində aparıcı şirkətlərindən biri olan "Cheniere" üçün işləyəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır