ABŞ-ın nüvə enerjisi ilə işləyən sualtı qayığı "Greeneville" Cənubi Koreya limanına çatıb
Los-Anceles sinifli nüvə enerjisi ilə işləyən “USS Greeneville” sualtı qayığı Cənubi Koreyanın Busan şəhərindəki dəniz bazasına çatıb.
APA xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi Koreya Respublikası Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat verib.
"Greeneville" burada təchizat ehtiyaclarını aradan qaldıradcaq və heyətə istirahət etməyə imkan verəcək.
Qeyd edək ki, ABŞ-ın nüvə enerjisi ilə işləyən sualtı qayığı sonuncu dəfə fevral ayında Cənubi Koreya limanına baş çəkib. O zaman "USS Alexandria" qayığı Cənubi Koreya sularında olub.
"Greeneville" sonuncu dəfə 2016-cı ildə olmaqla artıq Cənubi Koreyaya üç dəfə səfər edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

