Konqoda içərisində 800 nəfər olan gəmi batıb
Konqo Demokratik Respublikasında içərisində 800-dən çox sərnişin olan gəmi batıb.
Oxu.az xəbər verir ki, bu barədə "Actualite" portalı məlumat yayıb.
Faciə Ekvator əyalətində Konqo çayında baş verib. Onlarla şəxs həlak olub, 50-dən çox adam itkin düşüb.
Səlahiyyətlilər fəlakəti gəminin həddindən artıq yüklənməsi və digər təhlükəsizlik qaydalarının pozulması ilə əlaqələndirirlər. Ölənlərin dəqiq sayı hələ müəyyən edilməyib.
Dəniz qüvvələrinin də cəlb olunduğu axtarış-xilasetmə əməliyyatları davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

