Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-25,
Seanews
Heyder Eliyev

"MSC"-nin "Africa Global Logistics" şirkəti Tanzaniya limanına sərmayə yatırır

"MSC" qrupunun "Africa Global Logistics" törəmə şirkəti Tanzaniyanın Limanlar İdarəsi ilə Bagamoyo (Mbegani) yeni limanının tikintisi üzrə tərəfdaş kimi Anlaşma Memorandumu  imzalayıb.

"Seanews.az" xəbər verir ki, memorandum yeni limanın inkişafı çərçivəsində planlaşdırılan 28 körpüdən ilkin olaraq 3-nün tikintisini əhatə edir.

Layihənin üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur və birinci mərhələnin gələn il başlaması planlaşdırılır.

Razılaşmaya əsasən, Tanzaniyanın Limanlar İdarəsi Bagamoyo limanında ilk üç körpünün layihələndirilməsi, tikintisi və istismarı hüquqlarını "Africa Global Logistics"-ə həvalə edib.

Layihənin ümumi investisiya həcmi 2,1 milyard ABŞ dolları təşkil edir.

Gözləntilərə görə, üç yeni körpünün layihələndirilməsi və tikintisi üç il ərzində başa çatdırılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır