II Dünya müharibəsindən qalan dəniz minası məhv edilib
Türkiyənin Muğla vilayətinin Datça rayonundakı Bağlarözü körfəzində dənizdə aşkarlanan II Dünya müharibəsi dövrünə aid dəniz minası Sahil Mühafizə Komandanlığının koordinasiyası ilə zərərsizləşdirilib.
"Seanews.az" xəbər verir ki, Bağlarözü körfəzində çimən vətəndaşlardan biri suda partlayıcı qurğuya bənzər şübhəli əşya görərək bu barədə Sahil Mühafizə Komandanlığına məlumat verib. Bundan sonra hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Mütəxəssislər tərəfindən aparılan genişmiqyaslı araşdırma nəticəsində şübhəli cismin II Dünya müharibəsi dövründən qalan dəniz minası olduğu müəyyən edilib.
Sualtı axtarışları və zəruri təhlükəsizlik yoxlamaları başa çatdıqdan sonra mina partlayış yolu ilə məhv edilib.

