Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-06,
Seanews
Heyder Eliyev

Yaponiya ilk dəfə gəmilərə qarşı sanksiya tətbiq edib

Yaponiya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, məhdudiyyətlər Rusiyanın sanksiyalardan yayınaraq neft daşımasında istifadə etdiyi “kölgə donanması”na daxil olduğu bildirilən 35 gəmini də əhatə edir.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, həmin gəmilərə sığorta, dəniz nəqliyyatı, ekipajın işə götürülməsi və göndərilməsi, eləcə də təmir xidmətlərinin göstərilməsi qadağan edilib.

Sanksiyaya məruz qalan gəmilərin Rusiya xam neftini əsasən Çin və Hindistana daşıdığı bildirilir. Yaponiya bununla yanaşı, Rusiya ilə əlaqəli 33 qurum və 9 fiziki şəxsin ödəniş və maliyyə əməliyyatlarına məhdudiyyət qoyub, Rusiyaya ixracı qadağan edilən məhsulların siyahısına daha 102 məhsul əlavə edib.

Bundan başqa, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində yerləşən 4 şirkətə qarşı da ixrac qadağası tətbiq olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır