class="content-title">Türkiyədə gəmidə güclü yanğın baş verib
Türkiyədə Çanaqqala-Eceabad xətti ilə hərəkət edən gəmidə güclü yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, yanğın sərnişin və minik maşınları daşıyan “Karahasan-2” adlı gəminin mühərrik hissəsində baş verib. Hadisə limana yaxın baş verdiyi üçün göyərtədəki 98 sərnişini və heyət üzvlərini təxliyə etməkdə böyük çətinlik olmayıb. Gəminin limana yaxın ərazidə saya oturduğu bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır