Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Çinin patrul gəmiləri Yaponiyanın ərazi sularına girib

Çinin patrul gəmiləri Yaponiyanın Aomori prefekturasının yaxınlığında bu ölkənin ərazi sularına girib.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Çinin iki keşikçi gəmisi gecə saatlarında Yaponiyanın ərazi sularına girib. Yaponiya Sahil Mühafizə Xidmətinin məlumatına görə, onlar 45 dəqiqə ərzində ərazi sularında qalıb və yapon patrul xidmətinin səsucaldan qurğular vasitəsilə təkidli tələbindən sonra geri çəkiliblər. Lakin bir saatdan sonra Çin gəmiləri yenidən eyni yerə qayıdıb və daha 50 dəqiqə Yaponiyanın ərazi sularında qalıb.

Qeyd olunur ki, 2017-ci ildə də iki ölkənin gəmiləri arasında bənzər insident olub. Həmin vaxt Yaponiya hökuməti Çinə etiraz notası göndərməyib, yalnız öz narahatlığını ifadə etməklə kifayətlənib. BMT-nin dənizçilik hüququ Konvensiyasının müddəalarına görə, bir ölkənin gəmilərinin yalnız sülhməramlı məqsədlə başqa ölkənin sularında dayanmamaq şərti ilə üzməsinə icazə verilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır