Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

class="short-news-header">Gürcüstanda güclü fırtına ilə bağlı xəbərdarlıq edilib

Gürcüstanın Qara dəniz sahilində - Acarıstan, Quriya və Sameqrelo bölgələrində 3-4 bal gücündə fırtına gözlənilir.

Bununla bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti xəbərdarlıq yayıb.

Xidmət vətəndaşları və turistləri dənizə daxil olmamağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Sahil xəttində dənizə girməyi müvəqqəti qadağanı bildirən qırmızı bayraqlar qaldırılıb.

Fırtınadan sonra sahil xəttində dənizə girməyə icazəni bildirən ağ bayraqlar qaldırılacaq. 

Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır