Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

İstanbulun dünyaya açılacaq yeni qapısı "Galataport"da sərnişinlər yerin altında qarşılanacaq

İstanbulun dünyaya açılacaq yeni qapısı Galataporta ilk gəmi 2020-ci ilin 5 aprelində yan alacaq.

Galataport İstanbulun ticarət mərkəzi olan Karaköyün köhnə ruhunu bərpa edəcək. Hotel, kafe və restoranlarıyla turizm kompeksinə çevriləcək limanın İstanbula 1,5 milyon əlavə turist cəlb edəcəyi nəzərdə tutulub.

Burada mağaza, qida və içki bölmələri üçün ümumilikdə 52 min kvadratmetr sahə mövcuddur.  Digər tərəfdən, 43 min kvadratmetr sahə sırf ofis icarələri üçün ayrılıb.  

Layihəyə tarixi binaların bərpası ilə hazırlanan 177 otaqlı İstanbul yarımadası da daxildir.

Kruiz terminalı isə dünyada ilk dəfə tətbiq ediləcək texnika ilə 29.000 m2 ərazidə inşa edilir.

Liman təxminən 5 min nəfərə yeni iş imkanı yaradacaq.

Galataportu xüsusi və bənzərsiz edən bir çox səbəb var. Burada dünyada ilk dəfə sərnişinlər yerin altında qarşılanacaq. Eyni zamanda, layihə daxilində iki önəmli müzey fəaliyyət göstərəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır