Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

class="content-title">İtaliyanın “Eni” şirkəti Nigeriyada iri qaz və kondensat yatağı aşkarlayıb

İtaliyanın “Eni” neft-qaz şirkətinin Nigeriyadakı “NAOC” filialı Niger çayının deltasındakı “Obiafu-Obrikom” yatağının dərin hissəsində iri qaz və kondensat yatağı aşkarlayıb.

Yatağın dərin qatlarında qaz ehtiyatları 1 trilyon kubfut və səmt kondensatı ehtiyatları 60 milyon barrel təşkil edir”. Məlumatda aşkarlanmış yatağın əlavə potensialının olduğu və onun gələcəkdə qiymətləndiriləcəyi deyilir.

Şirkətin qiymətləndirməsinə görə, “Obiafu-41” quyusu vasitəsilə gündə 100 milyon kubfutdan çox qaz və 3 min barrel kondensat çıxarmaq mümkündür. Qeyd olunur ki, “NAOC” qazın hasilatının artırılması üçün quyunun istismarına dərhal başlayır.

Xatırladaq ki, təbii qaz ehtiyatlarına görə Nigeriya Afrika ölkələri arasında birinci, dünyada isə doqquzuncu yer tutur. “Eni” şirkəti Nigeriyada 1962-ci ildən fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır