Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

BMT-nin İqlim Şurası qlobal istiləşmənin fəsadları barədə xəbərdarlıq edib

Dünyada buzlaqların əriməsi gələcəkdə planetin bütün əhalisi üçün fəsadlara yol aça bilər. Hazırkı iqlim dəyişikliyi və istiləşmə fonunda nisbətən kiçik buzlaqlar artıq qarşıdakı onilliklərdə yox olacaq.

Bu məlumatlar BMT-nin İqlim Şurasının hazırladığı xüsusi hesabatda əksini tapıb. Hesabatda bildirilir ki, iqlim dəyişikliklərinə qarşı tutarlı tədbirlər görülməzsə, əsrimizin sonunadək Mərkəzi Avropa, Şimali Asiya, Şərqi Afrika və And dağlarının tropik qurşağa aid hissəsindəki kiçik buzlaqların 80 faizi məhv olacaq.

Qlobal kontekstdə buzlaqların əriməsi bir sıra problemlərə yol açacaq ki, onların sırasında dünya okeanlarında və dənizlərdə suyun səviyyəsinin yüksəlməsi öndə dayanır. Dünya okeanlarında suyun səviyyəsinin artmasında Qrenlandiya və Antarktidada buzların əriməsi də rol oynayır. 2006-2015-ci illərdə dünyada suyun səviyyəsinin artımı hər il orta hesabla 3,6 millimetr təşkil edib və bu da 1901-1990-cı illər arasındakı dövr üzrə illik artımda 2,5 dəfə yüksəkdir. Uyğun şərtlər altında, yəni, dünyada orta temperaturun +2 dərəcədən çox olmayaraq artması şəraitində əsrin sonunda dəniz səviyyəsi ümumilikdə cəmi yarım metr yüksələ bilər.

İstiləşmə təkcə buzlaqların əriməsini sürətləndirmir, eyni zamanda, dünya dənizlərində suyun temperaturunun yüksəlməsi də bir sıra problemlərə yol açır. Bir sıra heyvan növləri, mərcan rifləri və bitkilər isti temperaturun təsiri altında məhvolma təhlükəsi ilə üz-üzədir.

Hesabat müəlliflərinə görə, dünyada yaşıl texnologiyaların inkişafı iqlim dəyişikliklərinin qarşısını almaq üçün yetərli vasitə sayıla bilməz. Dünya ölkələri havaya daha az zərərli qazların buraxılması üçün səylərini artırmalıdır.

Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır