Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

Çində dünyanın LNG ilə işləyən ən böyük konteyner gəmisi inşa edilir

Çin Dövlət Gəmiqayırma Korporasiyasının Şanxay şəhərindəki zavodunda mayeləşdirilmiş təbii qazla (LNG) işləyən iri konteyner gəmisi inşa edilir. Bu, dünyada LNG ilə işləyən ən böyük konteyner gəmisidir.

AZƏRTAC şirkətin rəsmi saytına istinadla xəbər verir ki, gəmi Fransanın iri gəmiçilik və logistika şirkəti olan "CMA CGM"in 22 ay əvvəl verdiyi sifariş əsasında inşa edilir. Fransa şirkətinin təsisçisi Jak Saadenin adı verilən 400 metr uzunluğundakı gəmi 23 min ədəd 20 futluq konteyner daşıya biləcək.

Gəmi maye qazla işlədiyi üçün kükürd emissiyası sıfır səviyyəsində olacaq. Çinli mütəxəssislər yanacağın tələb olunan mənfi 160 dərəcədə saxlanılmasını təmin etmək üçün ən son "Mark III" texnologiyasını tətbiq ediblər. Gəmi gələn ilin birinci yarısında istismara veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır