Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-28,
Seanews
Heyder Eliyev

Gürcüstanda yeni dəniz limanının inşasına başlanılır

Bu gün Gürcüstanın Qara dəniz sahilində yerləşən Poti şəhərində yeni limanın inşasına rəsmən start veriləcək.

Təməlqoyma mərasimində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, ABŞ hökumətinin Xarici Özəl İnvestisiya Korporasiyasının (OPIC) direktoru Kenneth Angel və digər rəsmi şəxslər iştirak edəcəklər.

Xatırladaq ki, Potidə yeni limanın inşası ilə bağlı OPIC və “Pace Georgia” şirkəti arasında müqavilə bu ilin may ayında imzalanıb. Layihənin ümumi dəyəri 120 milyon dollardır. I mərhələdə 93 milyon dollar xərclənəcək ki, bunun da 50 milyon dolları OPIC-in payına düşəcək.

25 hektar ərazini əhatə edəcək obyektın yükgötürmə qabiliyyəti 60 min tona qədər olan gəmiləri qəbul edə biləcək. Limanın yük dövriyyəsinin 5 milyon tona qədər artırılması, burada 500-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulub.

Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır