Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

Şimali Koreyaya məxsus balıqçı gəmisinin bütün heyəti xilas edilib

Oktyabrın 7-də səhər saatlarında Yaponiya sahillərində batmış balıqçı gəmisinin bütün heyət üzvləri xilas ediliblər.

AZƏRTAC Yaponiya Sahil Mühafizəsi Xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, Yaponiyaya məxsus patrul kateri Şimali Koreyaya məxsus balıqçı gəmisindən məxsusi iqtisadi zonanın tərk etməyi tələb edib. Qayığın bu tələbə tabe olmaması nəticəsində yerli vaxtla saat 9:07 dəqiqədə gəmilər toqquşub. Qəza İşikava prefekturasının sahillərindən 350 kilometr məsafədə baş verib.

Qəza nəticəsində Şimali Koreyaya məxsus balıqçı gəmisi batıb. Gəminin 60 nəfər heyət üzvü dənizə düşüb.

Sahil Mühafizəsi Xidmətinin məlumatında bildirilir ki, dənizdən çıxarılan heyət üzvlərinin hamısı Şimali Koreyaya məxsus başqa gəmiyə mindirilib.

Qəza zamanı patrul gəmisinin heyət üzvlərindən heç birinin xəsarət almadığı bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır