Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Braziliya sularına 100 tondan çox neft sızıb

Sentyabrın əvvəlindən Braziliyanın şimal-şərq sahillərinə 100 tondan çox neft yayılıb. 

Bu barədə ölkənin ətraf mühit naziri Rikardo Salles (Ricardo Salles) sosial mediada yazıb. O bildirib ki, Braziliyanın şimal-şərq sahilləri boyunca yayılan 100 tondan çox neft 42 şəhərə təsir edib.

Braziliya polisi ən az 7 çanaqlı dəniz tısbağasının ölümünə gətirib çıxaran və üzgüçülərlə balıqçıları çirkli sahədən uzaq durmağa məcbur edən neft sızıntısının qaynağının araşdırıldığını bildirib.

Səlahiyyətlilər ölkənin şimal-şərq sahillərini çirkləndirən, qaynağı hələ müəyyən olmayan neft sızıntısının 105 ayrı yerdə üzə çıxdığını qeyd edib.

Braziliyanın “Petrobras” dövlət neft şirkətinin keçən həftəki məlumatına görə, dənizə sızan neft ölkənin çıxardığı neft növü ilə eyni deyil.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır