Fransızlar “okean qanadlı” gəmini təqdim ediblər
Fransa dəniz memarlığı ilə məşğul olan “VPLP” şirkəti yeni üslubda tikilmiş “Canopee” adlı Ro-Ro tipli gəmisini təhvil verib.
121 metr uzunluğu olan gəmidə yüklərin təhlükəsizliyi üçün bütün detallar nəzərə alınıb.
Bu gəminin əsas özəlliyi onun 3 metr hündürlüyə malik dörd ədəd “okean qanadları” ilə təchiz olunmasındadır. Yelkən formasını xatırladan qanadlar gəminin hərəkətinə köməklik göstərir, yanacaq sərfiyyatı və karbon qazı tullantılarının orta hesabla 30% azalmasına xidmət edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır