Dünyanın təbii maye qazla işləyən ilk yedək gəmisi gələn il istifadəyə veriləcək
Gələn il Şimali Avropada təbii maye qazla işləyən ən böyük yedək gəmi istismara veriləcək.
Hazırda gəminin tikintisi üzrə son işlər görülür. İnşa prosesi Şanxay yaxınlığında yerləşən Hudong-Zhonghua Shipbuilding şirkəti tərəfindən həyata keçirilir.
Gəmidə tutumu 18.6 min kubmetr olan innovativ tanklar quraşdırılıb. 135 metr uzunluğu olan bu gəmi liman və terminallardakı əməliyyatların təhlükəsizliyini təmin edən manevr qabiliyyətinə malikdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır