Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Dəniz quldurları “Western Seattle” gəmisinə hücum ediblər

Dəniz quldurları Filippinə məxsus quru yük gəmisinə hücum ediblər.

"Seanews.az" xəbər verir ki, hadisə İndoneziyanın şərq sahillərində baş verib. Quldurları görən heyət üzvləri bu barədə kapitana məlumat veriblər. Həyəcan siqnalından sonra heyət üzvləri kapitan körpüsündə gizləniblər.

Köməyə gələn hərbçilərin müşayiətilə gəmi Sinqapura üzüb. Quldurlar geri çəkildiyindən onları ələ keçirmək olmayıb.

Verilən məlumata görə, gəmidən heç nə oğurlanmayıb və xəsarət alan yoxdur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır