Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-13,
Seanews
Heyder Eliyev

Dünyada üzən tankerlərdə saxlanılan neftin həcmi 370 mln. bareldən çoxdur

Neft qiymətlərinin ötən həftələrə nisbətən artmasına baxmayaraq "qara qızıl"ın həddindən artıq həcmlərinin bazarda olması ilə bağlı vəziyyət hələ də qalmaqdadır.

Hazırda üzən tankerlərdə saxlanılan neftin həcmləri 375 mln. barel səviyyəsindədir, quruda isə olan saxlama anbarları, demək olar ki, tam doldurulub.

Buna baxmayaraq, vəziyyət tədricən yumşalır və iqtisadiyyat dirçəlməyə başlayıb. Neft bazarında tələbin artımı da qeydə alınıb.

Bu ilin may ayının 1-dən "OPEC+" yeni razılaşmanın iştirakçıları neft hasilatını azaltmağa başlayıb. Bununla yanaşı, ABŞ təbii səbəblərdən hasilatı azaldıb.

Bu səbəblərdən hazırda neft hasilatı bir neçə həftə olan göstəricilərə nisbətdə xeyli artıb.

Xatırladaq ki, bu ilin aprel ayında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

APA-Economics


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır