Konteyner gəmisi sahilə çırpılıb
Sinqapura məxsus “Maersk Siihanoukville” konteyner gəmisi Banqladeşin “Chittagong” limanında idarəni itirərək sahilə çırpılıb və daha sonra dənizin ortasına üzməyə başlayıb.
"Seanews.z" xəbər verir ki, tez bir zamanda gəmini sahilə qaytarmaq mümkün olub. Qəza nəticəsində gəmi zədələnməyib və xəsarət alan olmayıb.
Qəzanın güclü külək səbəbindən baş verdiyi bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır