Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

İranın dəniz limanlarının yükaşırma gücü 264 milyon tona çatdırılacaq

İranın dəniz limanlarının yükaşırma gücü 246 milyon tondan 264 milyon tona çatdırılacaq.

Bu barədə İranın Dövlət Limanlar və Gəmiçilik Təşkilatının rəhbəri Məhəmməd Rastad bildirib.

O qeyd edib ki, tranzit ölkə kimi İranın limanları daha çox yük qəbul etməyə başlayıb. Limanların yükaşırma gücünün artırılması artıq zərurətə çevrilib. İranın Çabahar, Bəndər-Abbas, Şəhid Rəcayi kimi iri limanları beynəlxalq yükdaşımalarda əhəmiyyətli rola malikdir. İran elə bir coğrafi məkanda yerləşir ki, bu ölkənin ərazisindən, dəmir yollarından və dəniz limanlarından Avropa ilə Asiya arasında tranzit yüklərin daşınması daha qısa zamana və ucuz qiymətə başa gəlir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır