Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Koronavirusun ikinci ən iri ocağı olmuş layner Yaponiyanı tərk etdi

Koronavirus pandemiyası başlayarkən Çindən sonra bir müddət infeksiyanın ikinci ən iri ocağı hesab olunan "Diamond Princess" kruiz layneri 3 aydan sonra Yaponiyanın Yokohama limanını tərk edib.

"Seanews.az" xəbər verir ki, layner Malayziyaya doğru hərəkət edir.

Hələlik onun gələcək marşrutu barədə ətraflı məlumat verilməyib.

Qeyd edək ki, "Diamond Princess" kruiz layneri yanvarın 20-də Yokohamadan çıxsa da, fevralın 3-də infeksiyaya geri qayıtmalı olub. Sərnişinlər arasında koronavirusa yoluxmuş Çin vətəndaşı olub. Yekunda 3,7 minə yaxın sərnişini olan gəmidə 712 nəfər koronavirusa yoluxub. Onlardan 13 nəfəri ölüb, 651 nəfər sağalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır