Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Konstansa limanında barj batıb

Rumıniyanın Konstansa limanında barj batıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.  

“2022-ci il mayın 10-da saat 16:20 radələrində Almaniya bayrağı altında üzən “RSP 2541” barjı Konstansa limanındakı 99 saylı yanalma körpüsündə batıb”, - Rumıniya Dəniz Administrasiyası bildirib.

Hadisədən dərhal sonra, çirklənməni məhdudlaşdırmaq məqsədi ilə qabaqlayıcı tədbirlər görülüb. Barjın göyərtəsində Bosniya və Herseqovinanın  Brcko limanına çatdırılası təxminən 1700 ton  kömür olub.

Hadisənin səbəbləri hələlik məlum deyil, barj boşaldılıb suyun səthinə qaldırıldıqdan sonra Rumıniya Dəniz Administrasiyası müvafiq araşdırma aparacaq. Əməliyyatların dəyəri gəminin sahibi tərəfindən ödəniləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır