Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Dəniz üzgüçülüyünün Avropa İttifaqında karbon ticarəti sisteminə daxil edilməsi planlaşdırılır

2023-cü ildə bir ton CO2 emissiyası üçün Aİ sertifikatının qiymətinin 200 avroya çatacağı proqnozlaşdırılır.

“Seanews.az” xəbər verir ki, belə bir proqnozu “Marine Consulting and Service” şirkətinin tərəfdaşı Mixail Yalbaçov verib. Onun sözlərinə görə, sertifikatın cari dəyərinə əsasən, CO2 emissiya ehtiyatının alınması bir ton HFO-nun dəyərini 263,85 avroyadək artıracaq (bir ton HFO-nun yanması 3,14 ton CO2 təşkil edir, bir ton CO2 üçün hazırda sertifikatın dəyəri 84,03 avrodur).

Dəniz üzgüçülüyünün 2023-cü il yanvarın 1-dən Avropa İttifaqında karbon ticarəti sisteminə daxil edilməsi planlaşdırılır. Bu, çarter müqavilələrinə düzəlişlərin edilməsini tələb edəcək, həmçinin dəniz yanacağının qiymətinin və müvafiq olaraq yük tariflərinin kəskin artmasına səbəb olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır