Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Fransa hakimiyyəti gəmiçilik şirkətini gəlirinin bir hissəsini xalqla bölməyə çağırıb

Fransanın maliyyə naziri Bruno Le Mer milli enerji və logistika şirkətlərini gəlirlərini "paylaşmağa" çağırıb.

“Bir neçə enerji və nəqliyyat şirkəti böhran zamanı qazanc əldə edib. Mən istəyirəm, onlar gəlirlərin bir hissəsini fransız xalqına necə qaytarmaq barədə təkliflərini versinlər. "TotalEnergies” üçün, məsələn, bu, yanacağa endirimlər və ya “CMA CGM” kimi  gəmiçilik şirkəti üçün logistika xidmətlərinə endirimlər ola bilər, - deyə o, “C News TV”-yə müsahibəsində bildirib.

Qeyd edək ki, 2021-ci ilin sonunda “CMA CGM” gəmiçilik şirkətinin xalis gəliri 18 milyard dollar təşkil edib və bu il daşıyıcı daha çox qazanc əldə etmək niyyətindədir.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır