Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-06,
Seanews
Heyder Eliyev

Yunanıstandakı Korinf kanalı iyulun əvvəlində yenidən gəmiçilik üçün açılıb

Sahilləri boyunca bir sıra sürüşmələrdən sonra 18 ay bağlı qalan Yunanıstandakı Korinf kanalı iyulun əvvəlində yenidən gəmiçilik üçün açılıb. Bütün bu müddət ərzində kanalda təmir və sahil bərkitmə işləri aparılıb.

“Seanews.az”-ın məlumatına görə, kanal yay naviqasiyası dövründə gəmilər üçün açıq olacaq və oktyabrın əvvəlində  ikinci mərhələdə nəzərdə tutulan işlərin görülməsi üçün yenidən bağlanacaq.

Yenidənqurma layihəsinə sürüşmənin fəsadlarının aradan qaldırılması və sahil bərkitmə işləri ilə yanaşı, hasarların çəkilməsi və turistlər üçün kanal boyu 3,5 km asfaltlanmış piyada zolağının tikintisi daxildir.

Kanal rəhbərliyinin məlumatına görə, iyul ayında istismarın ilk həftəsi ərzində Korinf kanalından təxminən 400 gəmi keçib, oktyabrda isə 7000-ə yaxın keçid gözlənilir.

Peloponnes yarımadasını mərkəzi Yunanıstanla birləşdirən Korinf kanalı 1881-1893-cü illərdə tikilmişdir və 19-cu əsrin böyük mühəndislik layihəsi hesab olunur. Onun uzunluğu 6,3 km, eni 24 metr, dərinliyi 8 metrdir. İritutumlu gəmilərin belə kanaldan keçməsi mümkün olmadığından, ondan əsasən kiçik gəmilər istifadə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır