Ən böyük atom sualtı qayığı istismardan çıxarılıb
Dünyanın ən böyük atom sualtı qayığı “Dmitri Donskoy” Rusiya Hərbi Dəniz Qüvvələrinin tərkibindən çıxarılıb.
Bu barədə Rusiya KİV-də məlumat yayılıb.
Sualtı qayığın utilizasiya ediləcəyi bildirilir. Bununla belə, Rusiya Hərbi Dəniz Qüvvələri “Dmitri Donskoy”suz qalmayacaq. Keçən il “Sevmaş”da təməli qoyulmuş “Borey-A” sinfinə aid başqa bir nüvə sualtı qayığını “Dmitri Donskoy” adlandırmaq qərarı verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır