

Desant gəmisi istismara verilib
ABŞ Hərbi Dəniz Qüvvələri “San Antonio” sinfinə məxsus “USS Fort Lauderdale” desant gəmisini istifadəyə verib.
Missisipi ştatının Paskaqula şəhərində yerləşən “Huntington Ingalls Industries” şirkəti tərəfindən inşa edilən gəmi 2020-ci il martın 28-də suya salınmışdı.
Qeyd edək ki, desant gəmiləri müxtəlif əməliyyat missiyaları üçün quru texnikalarını qəbul edən və yerləşdirən hərbi gəmilərdir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatında bildirilir ki, “USS Fort Lauderdale” gəmisinin tam istismara verilməsi ilə donanmanın inteqrasiya olunmuş çəkindirmə qabiliyyəti güclənəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır