Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Vitol” şirkəti Polşada bərpa olunan enerjinin inkişafına 1 milyard dollar ayıracaq

“Vitol” şirkəti “VH Invest ilə Vortex Energy” şirkətinin nizamnamə kapitalının 100%-ni almaq barədə razılığa gəlib.

“Seanews.az”ın məlumatına görə, əməliyyatın məbləği açıqlanmır.

Müəyyən ilkin şərtlər yerinə yetirildikdən sonra 2023-cü ilin birinci rübündə aktivin alınmasının dair müqavilə bağlanacaq.

“Vortex Energy” Polşada bərpa olunan enerji mənbələri (RES) sahəsində əsas şirkətdir. “Vortex” 400 MVt-dan çox külək və günəş enerjisi istehsal gücünə sahibdir və 3 GVt-dan çox inkişaf etdirilir.

2023-cü il ərzində “Vitol” 120 MVt-dan çox günəş və quruda külək stansiyalarının tikintisinə başlayacaq. Növbəti 5 il ərzində “Vitol” Polşada bərpa olunan enerjinin inkişafına 1 milyard dollar sərmayə qoymaq niyyətindədir.

Bu, “Vitol”-un Avropada ilk böyük bərpa olunan enerji sərmayəsidir və onun enerji keçidinə investisiya yatırmaq və davamlı yaşıl biznesi inkişaf etdirmək strategiyasına uyğundur. “Vitol” bütün dünyada yaşıl enerjinin inkişafı layihələrinə 2,2 milyard dollardan çox sərmayə qoyacaq.

30 ilə yaxın Polşaya neft və neft məhsulları tədarük edın şirkət bu yaxınlarda ölkədə iki nümayəndəlik açıb və LPG, qaz və elektrik enerjisi təchizatına keçib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır