Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Kruiz gəmiləri iki yanacaqlı mühərriklərlə təmin ediləcək

Finlandiyanın “Wartsila” şirkətlər qrupu Fransa tərsanəsində tikilən iki yeni 220 metrlik lüks kruiz gəmini mayeləşdirilmiş təbii qazla (LNG) işləyən “Wartsila 25DF” iki yanacaqlı mühərriklərin yeni modeli ilə təchiz edəcək.

“Seanews.az” xəbər verir ki, yelkən sistemi ilə də təchiz ediləcək bu gəmilər “Chantiers de l'Atlantique” tərsanəsində (“CdA”, Fransa) kruiz şirkəti “Orient Express Silenseas” (Fransanın “Accor” otel qrupuna daxildir) üçün tikilir. 2023-cü ilin mayında imzalanmış müqaviləyə daha iki eyni gəmi üçün mühərriklərin tədarükü variantı daxildir. Hər bir gəminin tutumu 116 sərnişindir.

Tərtibatçının fikrincə, 25DF mühərriki öz güc diapazonunda ən səmərəli və ekoloji cəhətdən təmiz gəmi mühərrikidir.

Hər gəmi paketinə dörd “Wartsila 25DF” mühərriki, dörd Qaz klapanı bloku (GVU) və dörd “Wartsila NOx Reducer” (NOR) sonradan təmizləmə sistemi daxildir. Avadanlıq 2024-cü ilin payızında Fransa tərsanəsinə təhvil veriləcək.

“Wartsila Corporation” (qərargahı Helsinki, Finlandiya) gəmiçilik, neft, elektrik və digər sənayelər üçün mühərriklərin və digər sistemlərin layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşmışdır. 2020-ci ildə “Wärtsila”-nın ümumi gəliri 4,6 milyard avro təşkil edib. Təxminən 18 min işçisi olan şirkət 70-dən çox ölkədə 200 nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır