Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-13,
    4:38:57

Skrubberlərin quraşdırılmasının qiyməti kəskin şəkildə aşağı düşüb

Hazırda dünyanın aktiv donanmasının təxminən üçdə biri skrubberlərlə təmin edilib. Qlobal sifariş portfelindəki gəmilərin 25%-dən bir qədər çoxu da onlarla təchiz olunacaq.

“Seanews.az” “Clarkson Research”-in məlumatlarına istinadən xəbər verir ki, gəmi sahibləri iri tonajlı gəmilərdə skrubberlərə üstünlük verməkdə davam edir və onların quraşdırılması xərcləri xeyli azalıb.

2020-ci ildə “Capesize” ölçülü gəmidə skrubber quraşdırmağa 4-6 həftəlik vaxt və 1,3 milyon dollar vəsait lazım idi. İndi bu xərc 800 min dollara düşüb.

Xatırladaq ki, təxminən 5 il əvvəl Beynəlxalq Dəniz Təşkilatının (IMO) gəmi yanacağının tərkibində kükürdlə bağlı tələbləri qüvvəyə minib. Emissiyaları azaltmaq üçün gəmi yanacağında icazə verilən kükürdün miqdarı 3,5%-dən 0,5%-ə endirilib.

"Lakin bu tənzimləmənin gətirdiyi ekoloji fayda və sonradan skrubberlərin kütləvi şəkildə tətbiqi ilə bağlı qızğın müzakirələr bu günədək davam edir. Hətta çirkləndiricilərə görə skrubberlərdən istifadə etməyin məqsədəmüvafiqliyini şübhə altına alan bir çox elmi məqalələr var.

İsveç 2025-ci il iyulun 1-dən açıq, 2029-cu ilin əvvəlindən isə qapalı dövrəli skrubberlərdən tullantı sularının axıdılmasına qadağa tətbiq edəcək.

Danimarka da regional dəniz konvensiyaları vasitəsilə Baltik və Şimal dənizlərində analoji qadağanı tətbiq etmək niyyətindədir.

Almaniyanın Münster Universiteti Almaniya Federal Dənizçilik və Hidroqrafik Agentliyi ilə əməkdaşlıq edərək təmizləyicilərdən gələn tullantı sularının çirklənməsinə dair araşdırma aparıb. Tədqiqat qrupu 2020 və 2023-cü illər arasında dörd gəmidən çirkab su nümunələrini təhlil edib və belə nəticəyə gəlib ki, "Ekoloji baxımdan, çirkləndiricilərin havadan suya ötürülməsi qəbuledilməzdir".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır