Surinamın ilk dərin dəniz FPSO-su külək dəstəkli uçurtma sistemi ilə yedəklənəcək
Surinamın ilk iri dərin dəniz neft layihəsi üçün inşa olunan “GranMorgu” FPSO-su Çindən istismar yerinə yedəklənərkən külək dəstəkli uçurtma dartı sistemi ilə təchiz ediləcək. Bu, bir sınaqdır.
“Seanews.az” xəbər verir ki, layihənin məqsədi yedəkləmə zamanı yanacaq sərfiyyatını azaltmaq və texnologiyanın iri ölçülü üzən hasilat qurğularında səmərəliliyini real şəraitdə qiymətləndirməkdir.
Bunun üçün Fransanın “Beyond the Sea” şirkətinin hazırladığı “SeaKite 2400” sistemi tətbiq olunacaq. Təxminən 9 min dəniz mili uzunluğunda olacaq səfər zamanı sistemin dartı gücü, uçurtmanın buraxılıb-toplanması və ümumi əməliyyat göstəriciləri sınaqdan keçiriləcək.
Layihə “SBM Offshore”, “Technip Energies” və T”otalEnergies EP Suriname” şirkətlərinin əməkdaşlığı çərçivəsində həyata keçirilir. Uzunluğu 275 metr olacaq “GranMorgu” FPSO-su 2028-ci ildə Surinam sahillərində yerləşdiriləcək və gündə 500 milyon kubfut müşayiətedici qaz emal etməklə yanaşı, təxminən 1,6 milyon barel neft saxlama gücünə malik olacaq.

