“SHİP İNFO” mobil tətbiqi – gəmilər və onların texniki göstəriciləri bir arada
Dənizçi peşəsi ən çox sevdiyiniz hobbinizlə birləşdirilə bilər. "Ship info" mobil tətbiqi sizə nəinki mənəvi məmnuniyyət, həm də dünyada minlərlə dənziçi həmkarlarınıza faydalı ola bilər.
www.seanews.az xəbər verir ki, tətbiqin yaradıcıları hobbi və işin bir-birinə mane olmayacağına bizi inandırır.
Ship İnfo tətbiqi ticarət gəmiləri və onların texniki göstəriciləri haqqında olan ən geniş məlumat bazalarından biridir.
Bazada 300 mindən çox gəmi haqqında məlumat var. Sözü gedən tətbiq müxtəlif açıq mənbələrdən istifadə edərək, ticarət donanmasının gəmiləri haqqında məlumat toplayır. Texniki göstəricilərlə yanaşı bu tətbiqdə gəmilərin fotoşəkilləri, mühərrikləri, göyərtəsi, hərəkət cədvəli, heyəti və s. haqqında məlumat əldə etmək olar.
Tətbiqin yaradıcısının sözlərinə görə hal-hazırda bu tətbiqlə heç bir analoji tətbiq rəqabət apara bilməz.
Tətbiq çoxdillidir. Dənizçilər bu tətbiqdə o cümlədən, dəniz xəbərləri və vakansiyalar ilə də yaxından tanış ola biləcəklər.
Qeyd edək ki, bu mobil tətbiqdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-nin (ASCO) gəmiləri haqqında da məlumat əldə etmək olar.