Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Çində ilk avtonom konteynerdaşıyan gəmisinin inşası başa çatdırılıb

Çində, ölkənin ilk avtonom konteynerdaşıyanın - pilotsuz naviqasiya meyarlarına tam cavab verən "Zhi Fei" gəmisinin inşası başa çatdırılıb.

"Seanews.az" xəbər verir ki, 300 TEU tutumluq konteynerdaşıyan gəminin oktyabrda istifadəyə verilməsi planlaşdırılır. Artıq gəmi dəniz sınaqlarından keçib.

Pilotsuz konteyner gəmisi Çinin daxili su yollarında, o cümlədən Sindao – Dunszyakou marşrutunda işləyəcək.

Konteyner gəmisinin uzunluğu 117 metr, eni 15 metr və sürəti 12 düyündür. Gəmi, tullantıları və səs-küyü azaldan ağıllı naviqasiya və yaşıl texnologiyalarla, eləcə də elektrik hərəkət sistemi ilə təchiz edilmişdir.

Çinin Nəqliyyat Nazirliyi qeyd edir ki, "Zhi Fei"-nin istismarı Çində pilotsuz naviqasiyanın inkişafında bir təcrübə olacaq, o cümlədən ağıllı pilot sistemləri və konteynerlərlə avtomatlaşdırılmış əməliyyatlar sınaqdan keçiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır