Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Gəmilər avtomatlaşdırılmış külək turbinləri sistemi ilə təchiz ediləcək

Fransanın “Louis Dreyfus armateurs” (“LDA”) gəmiçilik şirkəti öz gəmilərindən birini İspaniyanın “Bound4blue” şirkətinin “eSAIL®" avtomatlaşdırılmış külək turbinləri sistemi ilə təchiz edəcək. 2023-cü ildə əlavə külək mühərriki sisteminin quraşdırılmasını nəzərdə tutan sazişin imzalanması cari il mayın 16-da “LDA”-nın baş qərargahında baş tutub.

“Seanews.az” xəbər verir ki, “wingfsail” kimi də tanınan “eSAIL®” sistemi enerji sərfiyyatını 30%-ə qədər azaldır və atmosferə karbon qazı emissiyasını azaltmaq üçün külək enerjisindən istifadə edir.

2021-ci ildə “Bound4blue” artıq iki kiçik ispan gəmisini “bərk yelkənlər”lə təchiz edib və 2022-ci ilin martında o, həmçinin “Amasus Shipping” şirkəti ilə “Eems Traveler” quru yük gəmisində 17 metrlik iki külək turbininin quraşdırılması üçün müqavilə imzalayıb.

İmzalanma mərasimi zamanı “Bound4blue” şirkətinin baş direktoru Migel Bermudez bildirib ki, “LDA” kimi şirkətlə müqavilə son dərəcə əhəmiyyətlidir, çünki bu, innovativ texnologiyaların Avropa gəmiçilik bazarında daha geniş tətbiqinə imkan verəcək.

Öz növbəsində “LDA” şirkətinin baş direktoru Kamil Beffat deyib: “Biz bütün gəmilərimizin karbonsizləşdirilməsinə xüsusi diqqət yetiririk və karbon qazı emissiyalarının azaldılmasına yönəlmiş bütün texnologiyaları alqışlayırıq. Artıq üç ildir ki, “Bound4blue” ilə bu istiqamətdə işləyirik. “eSAIL®” sistemi külək enerjisindən istifadə edərək gəmiyə əlavə güc verməklə ənənəvi yanacaq sərfiyyatını azaltmağa imkan verəcək”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır