Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Konteyner gəmiləri getdikcə daha az gecikir

2022-ci ilin oktyabrında xətti cədvəl uyğunluq indeksi əvvəlki ayla müqayisədə 6,6 faiz artıb və 52% təşkil edib. Ötən ilin göstəricisi ilə müqayisədə artım 17,8 faiz təşkil edib.

“Sea-Intelligence”-nin məlumatında belə deyilir.

Əvvəlki ayla müqayisədə orta gecikmə 0,31 gün azalaraq 5,56 günə düşüb.

Oktyabr ayında cədvələ uyğunluq baxımından ən etibarlı şirkət 56,4% uyğunluq dərəcəsi ilə “Maersk” olub.  Sonra 50%-dən yuxarı göstərici ilə  iki xətt – “MSC” (52,7%) və “CMA CGM” (50,5%) gəlir. Qalan 14 ən böyük xəttin cədvələ uyğunluq göstəricisi 40%-dən yuxarıdır. Ən aşağı nəticə “Wan Hai” şirkətinindir: 41,6%.

Ümumilikdə, bütün 14 əsas xəttin göstəriciləri yaxşılaşıb. 9 xəttin yaxşılaşma göstəricisi isə 20 faizdən çox olub.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır