Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Filmlərin qəhrəmanı olan gəmini doğrayacaqlar - VİDEO

10-dan çox filmdə çəkilən 77 yaşlı üç dirəkli gəmi hazırda Niderlandda son günlərini yaşayır.

“Seanews.az”ın məlumatına görə, gəmi 1945-ci ildə İsveçdə inşa edilib və əvvəlcə "Orion" adlandırılıb. Bu, Baltikdə taxta daşımaq üçün tikilmiş yelkənli yük gəmilərinin sonuncusu idi.

Ticarət gəmisi kimi 1974-cü ildə karyerasını bitirdikdən sonra “Square Sail” film şirkəti tərəfindən satın alınıb. 1984-cü ildə gəmi təmirə göndərilib və 1995-ci ildə gəmiqayırma zavodunu yeni “Earl of Pembroke” adı ilə üç dirəkli gəmi kimi tərk edib.

“Earl of Pembroke” 10-dan çox televiziya layihəsinin və filmin, o cümlədən "Xəzinə adası", "Qraf Monte Kristo", "Alisa möcüzələr ölkəsində", "Qurd qardaşlığı" və digər filmlərin çəkilişlərində iştirak edib.

2012-ci ildə “Earl of Pembroke” gəmisinin sahibi dəyişib.  2017-ci ildə isə gəmi yenidən “Scarlet Sails” film şirkətinə satılıb.

Son illərdə “Earl of Pembroke” Niderlandın Den Helder limanında dayanıb. Bununla birlikdə, onun saxlanması hazırkı sahibi üçün mümkünsüz olub, bununla əlaqədar "film qəhrəmanı" nın doğranmağa göndərilməsi qərara alınıb. “Earl of Pembroke” metal qırıntısına çevriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır