Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

"Akademik Xoşbəxt Yusifzadə" tankerinin inşasında iştirak edən BGZ əməkdaşları "Təşəkkürnamə" ilə təltif olunublar

Bakı Gəmiqayırma Zavodunda “Akademik Xoşbəxt Yusifzadə” neft və kimyəvi məhsullar daşıyan tankerinin tikintisində iştirak edən əməkdaşlarla görüş keçirilib.

Bu barədə Bakı Gəmiqayırma Zavodundan məlumat verilib.

Görüşdə Zavodun Layihələrin İdarəetmə komandası gəminin inşasında iştirak edən və layihənin uğurla başa çatmasında əməyi olan əməkdaşları "Təşəkkürnamə" ilə təltif edib. 

Qeyd edək ki, "Akademik Xoşbəxt Yusifzadə" tankeri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO0 sifarişi ilə Bakı gəmiqayırma Zavodunda inşa olunan dörd tankerdən üçüncüsüdür.

Bu tanker 7 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

Uzunluğu 141, eni 16,9 metr olan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin yükgötürmə qabiliyyəti 7800 tondur. Gəminin daimi heyəti 15 nəfərdən ibarətdir.

Tankerin inşasına 2019-cu ilin avqustunda başlanılıb. Gəmidə “Wärtsilä Finland Oy” (Finlandiya), “Wartsila Svanehoy A/S” (Norveç), “Carrier” (ABŞ), “Gürdesan Gemi Mak.San” və “Tic. A.Ş.” (Türkiyə), “Tranzas” (Norveç), “Alfa-Laval” (İsveç) kimi tanınmış istehsalçıların avadanlıqları quraşdırılıb.

Bundan əvvəl istismara verilən “Laçın” (2019-cu il, dekabr) və “Kəlbəcər” (2021-ci il, sentyabr) neft tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” ilə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür. Gəminin suya oturumu ASCO-nun digər tankerləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Rusiyanın su kanalları ilə Xəzərdən kənara yük daşımağa imkan yaradır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır