Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

ASCO-nun futbol komandası Diasporla İş üzrə Dövlət Komitəsinin futbolçularına 15:2 hesabı ilə qalib gəlib

52 dövlət qurumunun iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol turniri davam edir.

Turnirin 10-cu turunda ASCO-nun komandası Diasporla İş üzrə Dövlət Komitəsinin futbolçuları ilə üz-üzə gəlib. Qarşılaşma 15:2 hesabı ilə ASCO-nun qələbəsi ilə başa çatıb.

Bu,  ASCO-nun yarış müddətində əldə etdiyi 6-cı qələbədir. Oyun ərzində futbolçularımız 4 dəfə məğlub olub, 1 dəfə isə heç-heçə etməyi bacarıb. 

Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə dövlət qurumları arasında təşkil etdiyi yarış 2023-cü il mayın 6-dək davam edəcək.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır