Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ASCO-nun idarə və təşkilatlarında genişmiqyasılı iməclik keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) strukturları üzrə yaz fəslinin gəlişi, eləcə də qarşıdan gələn Novruz bayramı ərəfəsində genişmiqyasılı iməclik keçirilib.

Əməkdaşlar öz iş yerlərində səliqə-səhman yaradılması ilə bağlı təşəbbüsə böyük fəallıqla qoşulublar.

İməclik zamanı struktur təşkilat və idarələrin istər inzibati binası, istər ərazisi daxilində, istərsə də ətrafı boyunca təmizlik və abadlıq işləri görülüb.

İnzibati binaların ərazisində görülən işlər çərçivəsində yaşıllıq zolaqlara qulluq göstərilib, ağacların dibləri bellənərək, suvarılıb. Həmçinin gül və ağacların qurumuş budaqları budanıb.

Bəzi strukturlarda isə yeni ağac və güllər də əkilib.

Ərazilərdə olan qurumuş otlar biçilib, daşınması üçün bir yerə toplanıb. Bununla yanaşı, küləyin təsiri ilə ərazilərə səpələnən müxtəlif məişət tullantıları toplanaraq ərazidən uzaqlaşdırılıb.

Ərazilərdəki işıq dirəklərinin, istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.

Səliqə-səhman işləri sturkturların yerləşdiyi ərazilərin ətrafını da əhatə edib. Yol kənarları boyunca quru otlar və tullantılar təmizlənib, torpaq ərazilər abadlaşdırılıb.

Qeyd edək ki, ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə baş tutan aksiyaya  struktur bölmələrlə yanaşı, yeməkxanalarda iaşə xidməti göstərən ketrinq şirkətləri də qoşulublar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır