Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Novruz bayramında necə qidalanaq?

Novruz süfrəsinin bolluğu qidalanma problemində yol verilən müəyyən səhvləri yenidən gündəmə gətirir. Həmin səhvlərin fəsadlara yol açmaması üçün isə bəzi tövsiyələri yadda saxlamaq lazımdır.

Bu barədə Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin hazırladığı elmi məqalədə bəhs olunur.

İlk növbədə qidalanmanın optimal rejiminə əməl edilməklə, gün ərzində 2-3 saatdan bir müəyyən miqdarda qida qəbulu məsləhət görülür. Həddindən artıq yemək, eyni zamanda qeyri-sağlam qidalanma mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulması ilə nəticələnə bilər.

Yeməklər, o cümlədən zülal, yağ, karbohidrat və lif tərkibli qida qəbulu balanslaşdırılmalıdır. Bişmiş qidaların həzmini sürətləndirən, lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edən təzə tərəvəz salatlarına üstünlük verilməlidir.

Tərkibində çoxlu miqdarda zülal olan qidaları seçərkən yalnız bir növ zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bir yemək saatında üçdən artıq çeşiddə yeməyin istehlak edilməsi tövsiyə olunmur. Bu zaman onların hər biri 2 xörək qaşığından artıq olmamalıdır.

Zəif həzm olunan karbohidratlarla zəngin qidaların (kartof və lobya əlavə edilmiş yeməklər, çörək, xəmir məhsulları və s.) ayrıca istehlakı vacibdir. Yaxşı olar ki, bayram süfrəsində qızardılmış məhsullara deyil, sobada bişirilmiş balıq və digər ət növlərinə üstünlük verilsin.

Xörəklərin ardınca isə yüksək kalorili şirniyyatların yeyilməsi orqanizmdə ciddi fəsadlara səbəb ola bilər. Novruzun əsas süfrə atributları sayılan şəkərbura, paxlava və digər şirniyyatlar tərkibindəki karbohidrat, yağ və şəkərə görə yüksək kaloriyə malikdir. Həmin şirniyyatlarla bərabər təzə meyvə və çərəzlərin istehlakı gündəlik kalori qəbulunu artıraraq, piylənmə ilə nəticələnir.

Bayram süfrəsində mayonezin qatıqdan hazırlanmış sous, xama, kefirlə əvəz olunması tövsiyə edilir. Ev şəraitində hazırlanmış mayonezdən də istifadə etmək olar. Mayonezli məhsulların keyfiyyətinə təsir göstərən əsas amil isə onların düzgün şəraitdə saxlanılmasıdır.

Mayenin düzgün qəbulu sağlam qidalanmanın vacib şərtlərindəndir. Suyun mütəmadi qəbulu normadan çox yeməyin qarşısını alır. Amma yemək vaxtı və yeməkdən dərhal sonra su içmək məsləhət deyil. Qida istehlakından 30 dəqiqə əvvəl ilıq suyun qəbulu orqanizm üçün faydalıdır. Həmçinin beyin doyma siqnalını 20 dəqiqə ərzində aldığı üçün qidalanmada vacib amillərdən biri məhz asta-asta yeməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır