Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Martda yalnız iki konteyner gəmisi metal qırıntısı kimi satılıb

Bu ilin mart ayında yalnız iki konteyner gəmisi metal qırıntısı kimi satılıb. Belə ki, 1989-cu ildə inşa edilmiş 2,4 min TEU tutumlu “MSC Veronique” və 1996-cı ildə inşa edilmiş 1,7 min TEU tutumlu “Vasi Star” konteyner gəmiləri təkrar emala göndəriləcək.

Müqayisə üçün qeyd edək ki, fevral ayında beş konteyner gəmisi metal qırıntısı kimi satılıb, yanvarda isə “Wan Hai Lines” 10 gəmini təkrar emala göndərib.

“Clarksons Shipping Intelligence” hesabatında  bildirilir ki, "Gəmilərin təkrar emalı bazarına tonaj satışları əhəmiyyətli dərəcədə azalıb. Hazırda metal qırıntısı kimi satılmalı olan bir neçə konteyner gəmisi var. Bununla belə, güman edilir ki, yükdaşıma bazarının yaxşılaşması fonunda bu gəmilərin bəziləri gələcək xidmətlər üçün satılacaq.

Ötən həftə “Evergreen” şirkəti 1999-cu ildə inşa edilmiş 5,6 min TEU tutumlu iki konteyner gəmisini - "Ever Uberty" və "Ever Unific"i satışa çıxarıb.

Lakin alıcıların bu konteyner gəmilərinə daha sonra daşımalarda istifadə etmək üçün maraq göstərdikləri barədə məlumatlar da var.

Konteyner gəmilərinin təkrar emal bazarındakı yavaşlama yükdaşıma tariflərinin artması ilə əlaqədardır. “Linerlytica”-nın 28 mart tarixli hesabatına görə, 6,5 min TEU tutumlu konteyner gəmiləri üçün yükdaşıma tarifi gündə 30,5 min dollar təşkil edir, martın əvvəlində isə bu göstərici 28 min dollar olub.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır