Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“IINO Lines” üçün tikilmiş yeni LNG tankerində yelkənlər quraşdırılacaq

Finlandiyanın külək enerjisindən istifadə edən köməkçi enerji blokları istehsalçısı “Norsepower Ltd.” və beynəlxalq gəmiçilik şirkəti  “IINO Lines”  ilə VLGC ölçülü yeni dəniz qaz daşıyıcısında iki “Norsepower Rotor SailsTM” rotor yelkəninin tədarükü və quraşdırılmasına dair müqavilə imzalayıb.

“Seanews.az”-ın məlumatına görə, 2023-cü il martın 31-də  Cənubi Koreyanın “Daewoo Shipbuilding & Marine Engineering Co., Ltd.” tərsanəsində sifarişçiyə təhvil verilən yeni gəmi 20 metrlik fırlanan iki yelkənlə təchiz olunacaq. 20 metrdən 4 metrə qədər olan bloklar gəminin sərbəst üzmə məhdudiyyətlərinə cavab vermək üçün xüsusi olaraq hazırlanmışdır. Yelkənlər 2024-cü ilin ikinci rübündə gəminin göyərtəsində quraşdırılacaq.

Hesablamalara görə, rotor yelkənləri yanacaq sərfiyyatını və karbon qazı emissiyasını təxminən 4% azaltmağa imkan verir. “Norsepower Rotor SailsTM” sisteminin məhsuldarlığı “ClassNK” tərəfindən təsdiq edilmiş metodologiya ilə qiymətləndirilir.

Finlandiyanın “Norsepower Oy Ltd.” şirkəti alternativ enerji mənbələri texnologiyalarının, gəmiçilik sənayesi üçün müasir köməkçi külək turbinlərinin hazırlanması ilə məşğuldur.

Yaponiyanın “IINO Lines” (“IINO”) gəmiçilik şirkəti 1899-cu ildə yaradılıb. “IINO” təbii enerji ehtiyatlarının və əlaqədar yüklərin, o cümlədən neft, mayeləşdirilmiş qaz, LPG, neft-kimya məhsulları və toplu yüklərin beynəlxalq dəniz daşımaları üzrə ixtisaslaşmışdır və  95 gəmidən ibarət donanmaya sahibdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır