Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Bu ilin birinci rübündə 28 konteyner gəmisi təkrar emala göndərilib 

Bu ilin birinci rübündə ümumi tutumu 48,5 min TEU olan 28 konteyner gəmisi təkrar emala göndərilib.

“Seanews.az” xəbər verir ki, bu məlumatı “The Loadstar” yayıb.

Ümumi tutumu 350 000 TEU olan konteyner gəmilərinin 2023-cü ildə istismardan çıxarılacağı proqnozlaşdırılır ki, “Alphaliner” analitiklərinin fikrincə, bu il istifadəyə verilən 2,4 milyon TEU yeni tikililər həmin itkinin təsirini azaldacaq.

“Bəzi ekspertlər bu il konteynerlərin təkrar emal həcminin 2017-ci ildəki – 400 000 TEU və hətta 2016-cı ildəki 650 000 TEU səviyyəsinə çata biləcəyini proqnozlaşdırırlar. Lakin bu il konteyner gəmilərinin təkrar emalına proqnozlaşdırılandan aşağı tələb yüksək yükdaşıma tarifləri ilə bağlıdır, ona görə də gəmi sahibləri konteyner gəmilərinin ömrünü uzatmağa çalışırlar. Bütün ölçülərdə olan konteyner gəmiləri üçün tariflər artmaqda davam edir və gəmilərin istifadə müddəti artır”,– qəzet yazır.

Bununla belə, xüsusilə “yeni tonajın kütləvi istismara verilməsini nəzərə alsaq, təkrar emalın həcmi yaxın gələcəkdə arta bilər.

“Bu arada, “MSC”-nin 2020-ci ilin avqust ayından təkrar bazardan 300-dən çox konteyner gəmisi almasına baxmayaraq, şirkət bir neçə gəmini təkrar emal üçün satır. “MSC” bu yaxınlarda 1980-ci illərdə tikilmiş üç konteyner gəmisini metal qırıntısı kimi satdı. Bununla belə, “MSC”-ni konteyner gəmilərinin yaşı çox da narahat etmir. Belə ki, hətta 1,4 min TEU tutumlu 41 yaşlı “MSC Malin”-i də istismar edir, - “The Loadstar” yazır.

Bu gəmi “MSC”-də 2024-cü ilin noyabrında başa çatacaq beş illik icarədədir. Gəminin həm satış, həm də metal qırıntısı kimi dəyəri 6,7 milyon dollar qiymətləndirilir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır