Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Florida Universitetinin professoru su altında ən uzun yaşamaq rekordunu qırıb

ABŞ-də Florida Universitetinin professoru Cozef Dituri su altında ən uzun yaşamaq rekordunu qırıb. 

"Unikal" xəbər verir  ki, bu barədə "CBS News" məlumat yayıb. 

Cozef Dituri 73 gündür ki, sualtı hoteldə yaşayır. O, "Birinci gündən məqsədim gələcək nəsilləri ruhlandırmaq, dəniz altında həyatı tədqiq edən alimlərdən müsahibə almaq və insan orqanizminin ağır şəraitdə necə işlədiyini öyrənmək olub"-  deyə mətbuata açıqlama verib.  

Dəniz Resurslarının İnkişafı Fondu tərəfindən təşkil edilən "Project Neptun 100" sualtı missiyasının bir hissəsi olaraq, Dituri Florida ştatında 9 metr dərinlikdə laqunun dibində yaşayır. O, "Jules Undersea Lodge" adlı bir növ sualtı hoteldə məskunlaşıb. 

Su altında qaldığı müddətdə bir sıra fiziki və psixoloji sağlamlıq müayinələrindən keçən Dituri iyunun 9-da su səthinə çıxmağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır