Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Vyetnam dəniz sərvətlərini qorumaq üçün balıqçı gəmilərinin sayını azaldacaq

Vyetnam ölkənin balıqçılıq sənayesində böyük islahatlar aparmağı planlaşdırır. Dəniz sərvətlərini qorumaq üçün balıqçı gəmilərinin sayı azaldılacaq.

 “Seanews.az” xəbər verir ki, bu barədə Vyetnam hökumətinin kənd təsərrüfatı və kəndlərin inkişafı naziri Le Min Hoan məlumat verib.

Belə ki, 2030-cu ilə qədər ölkədə indiki 90 min balıqçı gəmisindən 83 mini qalacaq. Vyetnamın bəzi ərazilərində balıq ovu qadağan olunacaq.  

Eyni zamanda, hökumət balıqçılıq sənayesinin keyfiyyətinin yaxşılaşdırılmasına diqqət yetirəcək. Vyetnam hökuməti artıq müasir balıqçılıq donanmasının yaradılmasına yardım etmək üçün bəzi ölkələrlə danışıqlar aparır. Eyni zamanda iri gəmilərin inşasında müəssisələrə köməklik göstəriləcək.

"Vyetnam müasir balıqçılıq və emal texnologiyaları ilə güclü balıqçılıq donanması yaratmalıdır", - deyə nazir bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır