Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Çinin ilk böyük kruiz gəmisi müasir dəniz şəhərinə bənzəyəcək

Çin istehsalı olan ilk böyük “Adora Magic City” kruiz gəmisi Şanxayda dokdan çıxarılıb.

“Seanews.az” xəbər verir ki,  uzunluğu 323,6 metr, ümumi tutumu 135,5 min ton olan layner 5245 sərnişini qəbul edə biləcək.

Kruiz gəmisi “Cruise Technology Development Co., Ltd” və “Shanghai Waigaoqiao Shipbuilding Co. Ltd.” tərəfindən birgə layihələndirilib və inşa edilib.  Laynerin 2023-cü ilin sonuna kimi istifadəyə verilməsi gözlənilir.

2826 kayutlu gəmi Çin mediası tərəfindən tibb mərkəzi, kinoteatr, idman zalı və basketbol meydançası da daxil olmaqla yaşayış sahələri və əyləncə məkanları olan müasir dəniz şəhəri kimi təsvir edilir.

Gəmi qeydiyyat limanı Şanxay olmaqla Yaponiya və Cənub-Şərqi Asiya marşrutlarında fəaliyyət göstərəcək. Gələcəkdə səyahətçiləri İpək Yolu boyunca yerləşən istiqamətlərə çatdırmaq üçün orta və uzun məsafəli marşrutlar açıla bilər.

Layner 25 milyon komponentdən ibarətdir ki, bu da “C919” təyyarəsindən beş dəfə və “Fusin” sürətli qatarından 13 dəfə çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır