Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Dənizçi ailələrin iştirakı ilə əyləncəli idman-turizm yarışı keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 9 strukturunu təmsil edən 15 ailə (ümumilikdə 75 nəfər) arasında “Atam, anam və mən” adlı idman-turizm yarışı təşkil edilib.

Yarış Xaçmazın Nabran istirahət zonasında yerləşən “Dənizçi” istirahət mərkəzində baş tutub.

Dənizçi ailələr qalib adını qazanmaq üçün çadır quraşdırmaq, meşə zolağındakı maneələri dəf etmək, topları səbətə atmaq, labirint şəklində quraşdırılmış iplərin arasından keçmək, iki ağaca bağlanmış ipin üzərindən yerimək, oxlarla hədəfi vurmaq və digər əyləncəli yarışlarda mübarizə aparıblar.

Yarışların ümumi nəticələrinə əsasən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodundan  Əlisultanovlar ailəsi (oğlan və qız)  qalib adını qazanıb. İkinci yeri “ASCO Mühafizə” MMC-nin Süleymanovlar ailəsi (oğlan) və “ASCO Nəqliyyat” MMC-nin Cavadovlar ailəsi (qız)  tutub. Üçüncü yerdə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodundan  Əsgərovlar ailəsi, “Bibiheybət” Gəmi Təmiri Zavodunun Bağırovlar ailəsi qərarlaşıb.

Qalib komandalara diplom və hədiyyələr verilib.

Tədbirin son günündə isə bütün uşaqlar arasında “Şən startlar” əyləncəli oyunu keçirilib. Uşaqların hər biri mükafatlandırılıb.

ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin əməkdaşlarının nəzarəti ilə baş tutan tədbir iki gün davam edib.

Qeyd edək ki, ASCO-nun Korporativ Sosial Məsuliyyəti çərçivəsində keçirilən yarışın əsas məqsədi ailələr arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etmək, onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır