Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Barselona limanında ekoloji təmiz su avtobusları istifadəyə veriləcək

Bu il iyulun 1-dən Barselona limanında atmosferə tullantıları sıfra bərabər olan ekoloji təmiz su avtobusları istifadəyə veriləcək.

“Seanews.az”  xəbər verir ki, kiçik gəmilər Drassanes və Llevant körpüləri, La Rambla bulvarı və Barceloneta rayonu arasında fəaliyyət göstərəcək.

Hər biri 70 sərnişin üçün nəzərdə tutulan iki gəmi sutkada 12 saat işləyəcək. Gediş haqqı 1,90 avro olacaq - bu, sərnişinlərin Barselonada tramvay və ya metro bileti xərcindən xeyli ucuzdur.

“Travel” agentliyi Barselona Liman İdarəsinə istinadən xəbər verir ki, 10 səfər üçün və 30 günlük biletlər də satılacaq. Uşaqlar, gənclər və yaşlılar endirim əldə edəcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır